Aqualink MMC Aqualink MMC
  • 462

Baş hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş hüquqşünas

  • Истекает 2 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə funksiyaları:

  • Şirkətin fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri, sazişləri və sair oxşar sənədləri hazırlamaq;
  • Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların şirkətin mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
  • Hüquq fəaliyyəti istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
  • Şirkətin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
  • Şirkətin məhkəmə, arbitraj və inzibati orqanlarda təmsil etmək və müvafiq sənədləri hazırlamaq;
  • İcra sənədlərinin ekspertizası, icrası və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək;
  • Şirkətin layihələrinin hüquqi baxımdan qiymətləndirilməsi və hüquqi müşayiəti;
  • Rəsmi sorğu və şikayətləri hüquqi baxımdan qiymətləndirmək və cavablandırmaq;
  • Şirkətdaxili normativ sənədlərin hazırlanması, ekspertizası və tətbiqinə nəzarət etmək.

 Namizədə dair tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 3 il peşəkar iş təcrübəsi;
  • Rus və ingilis dillərində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək məsuliyyət hissi, təşkilatçılıq qabiliyyəti, analitik düşüncə və effektiv qərarvermə bacarığı;
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı;
  • Azərbaycan Respublikası qanunvericiliyini, xüsusilə mülki, mülki-prosessual, əmək, mənzil və daşınmaz əmlak sahəsində normativ hüquqi aktları bilmək;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint və s.).

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly473
  • Monthly1041