Vəzifə funksiyaları:
- Şirkətin fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri, sazişləri və sair oxşar sənədləri hazırlamaq;
- Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların şirkətin mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
- Hüquq fəaliyyəti istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
- Şirkətin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
- Şirkətin məhkəmə, arbitraj və inzibati orqanlarda təmsil etmək və müvafiq sənədləri hazırlamaq;
- İcra sənədlərinin ekspertizası, icrası və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək;
- Şirkətin layihələrinin hüquqi baxımdan qiymətləndirilməsi və hüquqi müşayiəti;
- Rəsmi sorğu və şikayətləri hüquqi baxımdan qiymətləndirmək və cavablandırmaq;
- Şirkətdaxili normativ sənədlərin hazırlanması, ekspertizası və tətbiqinə nəzarət etmək.
Namizədə dair tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 3 il peşəkar iş təcrübəsi;
- Rus və ingilis dillərində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək məsuliyyət hissi, təşkilatçılıq qabiliyyəti, analitik düşüncə və effektiv qərarvermə bacarığı;
- Güclü ünsiyyət və komandada işləmək bacarığı;
- Azərbaycan Respublikası qanunvericiliyini, xüsusilə mülki, mülki-prosessual, əmək, mənzil və daşınmaz əmlak sahəsində normativ hüquqi aktları bilmək;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint və s.).
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.