Vəzifə öhdəlikləri:
- Biznesin inkişafı üzrə strateji və əməliyyat tədbirlərinin hazırlanmasında iştirak edir, müəyyən edilmiş inkişaf istiqamətlərinin həyata keçirilməsi üçün müvafiq təkliflər və fəaliyyət planları hazırlayır.
- Fəaliyyət göstərilən bazarların cari vəziyyətini, inkişaf perspektivlərini, tələb və təklif dinamikasını, müştəri ehtiyaclarını və rəqabət mühitini təhlil edərək biznesin inkişafı üçün potensial imkanları müəyyən edir.
- Yeni bazar seqmentlərinin, potensial müştərilərin, kommersiya tərəfdaşlarının və alternativ gəlir mənbələrinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparır, əməkdaşlıq imkanlarını qiymətləndirir.
- Yeni biznes layihələri, kommersiya təşəbbüsləri və tərəfdaşlıq imkanları üzrə ilkin araşdırmalar aparır, layihələrin potensialını, iqtisadi məqsədəuyğunluğunu və gözlənilən nəticələrini qiymətləndirmək üçün təhlillər hazırlayır.
- Biznes layihələri üzrə maliyyə-iqtisadi hesablamalar aparır, gözlənilən gəlir və xərcləri təhlil edir, layihələrin iqtisadi səmərəliliyini qiymətləndirir və iqtisadi məqsədəuyğunluğuna dair təkliflər hazırlayır.
- Kommersiya təkliflərini, biznes planları, layihə təqdimatlarını və analitik arayışları hazırlayır, iqtisadi hesablamaların düzgünlüyünü və təqdim olunan məlumatların əsaslı olmasını təmin edir.
- Biznes layihələrinin həyata keçirilməsi zamanı yaranan riskləri, mümkün məhdudiyyətləri və icra problemlərini müəyyən edir, onların təsirinin azaldılması və aradan qaldırılması üzrə tədbirlər təklif edir.
- Biznesin inkişafı ilə bağlı məsələlər üzrə maliyyə, hüquq, marketinq, satınalma, logistika və digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir, zəruri məlumat mübadiləsini və işlərin əlaqələndirilməsini təmin edir.
- Kommersiya fəaliyyətinin nəticələrini qiymətləndirmək üçün statistik, iqtisadi və maliyyə məlumatlarını təhlil edir, rəhbərliyin qərar qəbul etməsi üçün analitik materiallar və əsaslandırılmış təkliflər hazırlayır.
Tələblər:
- Təhsil: Ali (İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment, Maliyyə ( bakalavr/magistr)).
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi. ( Kommersiya fəaliyyəti, biznesin inkişafı və layihələrin iqtisadi təhlili sahələrində iş təcrübəsinə üstünlük verilir)
- Müvafiq sahə üzrə texniki biliklər: Biznes planların və kommersiya təkliflərinin hazırlanması qaydaları.
- Bazar araşdırması və rəqabət təhlili metodları.
- Gəlir və xərc hesablamalarının aparılması qaydaları.
- Biznes layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi.
- Kommersiya müqavilələrinin hazırlanması və razılaşdırılması qaydaları.
- Maliyyə və analitik hesabatların hazırlanması qaydaları.
- MS Excel və digər ofis proqramları ilə işləmək bacarığı.
- Sənədləşmə və məlumatların sistemləşdirilməsi qaydaları.
- Kompüter bilikləri: Excell (yüksək səviyyədə), MS Project, MS Office
- Dil bilikləri: Azərbaycan dili , Rus dili, İngilis dili
İş qrafiki: 5 günlük (09:00-18:00)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.