İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Elektrik panolarının (MCC) quraşdırılması, yoxlanılması və texniki xidmətinin aparılması;
- AC mühərriklərin, tezlik çeviricilərinin (VFD) və soft starterlərin istismarı və sazlanması;
- Kontaktor, rele, termik rele, sığorta və açarların montajı və təmiri;
- Kabel xətlərinin çəkilməsi, birləşdirilməsi və test olunması;
- Torpaqlama sistemlərinin qurulması və yoxlanılması;
- Elektrik avadanlıqlarının demontaj və montaj işlərinin həyata keçirilməsi;
- Sınaq və istismara vermə (commissioning) prosesində iştirak;
- Elektrik nasazlıqlarının operativ aşkarlanması və aradan qaldırılması;
- Planlı texniki xidmət işlərinin yerinə yetirilməsi.
Tələblər:
- Orta ixtisas və ya texniki təhsil (elektrik və ya enerji sahəsi üzrə);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Elektrik sxemlərini və layihələri oxuma bacarığı;
- MCC panolarının yığılması və hazırlanması üzrə praktiki təcrübə;
- Alçaq gərginlik (AG) və orta gərginlik (OG) şəbəkələri üzrə nasazlıqların diaqnostikası və təmiri bacarığı;
- Ölçü cihazları ilə işləmə bacarığı (multimetr, meqger və s.);
- Məsuliyyətlilik, diqqətlilik və operativlik.
Aşağıdakı sahələr üzrə dərin bilik və təcrübə;
- MCC panoları
- AC mühərriklər
- Tezlik çeviriciləri (VFD)
- Soft starterlər
- Kontaktor və rele sistemləri
- Kabel və kabel birləşmələri
- Torpaqlama sistemləri
Üstnlüklər:
- Sənaye və ya su təmizləyici qurğularda iş təcrübəsi;
- Beynəlxalq layihələrdə iştirak;
- Elektrik təhlükəsizliyi üzrə sertifikatlar.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur .