İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Nasos sistemləri (lil nasosları, transfer nasosları, dalğıc nasoslar) üzrə texniki xidmət və təmir işlərinin aparılması;
- Blowerlər, kompressorlar, qarışdırıcılar (mikserlər), ızgara və ələk sistemlərinin istismarına nəzarət;
- Konveyerlər və lilin susuzlaşdırılması avadanlıqlarının texniki baxışı və təmiri
- Vanalar və boru xətlərinin saz vəziyyətdə saxlanılması;
- Reduktor və yastıq (rulman) sistemlərinin yoxlanılması və təmiri;
- Avadanlıqlarda nasazlıqların yerində diaqnostikası və aradan qaldırılması;
- Planlı texniki xidmət (PM) işlərinin icrası;
- Təmir və baxış işləri üzrə hesabatların hazırlanması.
Tələblər:
- Orta ixtisas və ya texniki təhsil (mexanika üzrə üstünlükdür);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
Aşağıdakı avadanlıqlar üzrə bilik və təcrübə;
- Nasoslar (lil, transfer, dalğıc)
- Blowerlər və kompressorlar
- Qarışdırıcılar (mikserlər)
- Izgara və ələk sistemləri
- Konveyerlər və susuzlaşdırma avadanlıqları
- Vanalar və boru sistemləri
- Reduktorlar və rulman sistemləri
Mexaniki xidmət və təmir sahəsində bacarıqlar:
- Rulmanların dəyişdirilməsi
- Muftaların sazlanması və mərkəzlənməsi
- Salmastra və mexaniki jontaların dəyişdirilməsi
- Yağlama sistemləri ilə işləmə
- Vibrasiya və səs analizi ilə nasazlıqların aşkarlanması
- Texniki sənədlərlə işləmək və sxemləri oxuma bacarığı
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Üstünlüklər:
- Su və kanalizasiya qurğularında iş təcrübəsi
- Beynəlxalq layihələrdə iştirak
- Elektrik avadanlıqları barədə baza bilikləri
- Sürücülük vəsiqəsi (B kateqoriya)
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur .