Aqualink MMC Aqualink MMC
  • 163

Mexanik Usta

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik Usta

  • Deadline 13 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: razılaşma yolu ilə

Vəzifə öhdəlikləri:

  • Nasos sistemləri (lil nasosları, transfer nasosları, dalğıc nasoslar) üzrə texniki xidmət və təmir işlərinin aparılması; 
  • Blowerlər, kompressorlar, qarışdırıcılar (mikserlər), ızgara və ələk sistemlərinin istismarına nəzarət;
  • Konveyerlər və lilin susuzlaşdırılması avadanlıqlarının texniki baxışı və təmiri 
  • Vanalar və boru xətlərinin saz vəziyyətdə saxlanılması; 
  • Reduktor və yastıq (rulman) sistemlərinin yoxlanılması və təmiri; 
  • Avadanlıqlarda nasazlıqların yerində diaqnostikası və aradan qaldırılması; 
  • Planlı texniki xidmət (PM) işlərinin icrası; 
  • Təmir və baxış işləri üzrə hesabatların hazırlanması. 

Tələblər:

  • Orta ixtisas və ya texniki təhsil (mexanika üzrə üstünlükdür); 
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi; 

Aşağıdakı avadanlıqlar üzrə bilik və təcrübə; 

  • Nasoslar (lil, transfer, dalğıc) 
  • Blowerlər və kompressorlar 
  • Qarışdırıcılar (mikserlər) 
  • Izgara və ələk sistemləri 
  • Konveyerlər və susuzlaşdırma avadanlıqları 
  • Vanalar və boru sistemləri 
  • Reduktorlar və rulman sistemləri 

Mexaniki xidmət və təmir sahəsində bacarıqlar: 

  • Rulmanların dəyişdirilməsi 
  • Muftaların sazlanması və mərkəzlənməsi 
  • Salmastra və mexaniki jontaların dəyişdirilməsi 
  • Yağlama sistemləri ilə işləmə 
  • Vibrasiya və səs analizi ilə nasazlıqların aşkarlanması 
  • Texniki sənədlərlə işləmək və sxemləri oxuma bacarığı 
  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

 Üstünlüklər:

  • Su və kanalizasiya qurğularında iş təcrübəsi 
  • Beynəlxalq layihələrdə iştirak 
  • Elektrik avadanlıqları barədə baza bilikləri 
  • Sürücülük vəsiqəsi (B kateqoriya)

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur .

  • Daily0
  • Weekly599
  • Monthly1692