İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: razılaşma yolu ilə
Əsas vəzifə öhdəlikləri:
- AutoCAD proqramında texniki çertyojların hazırlanması
- Su və çirkab su sistemləri, boru xətləri və nasos avadanlıqları üzrə layihələrin işlənməsi
- Sahəyə baxışın keçirilməsi, ölçülərin götürülməsi və metraj hesablamalarının aparılması
- Material siyahısının hazırlanması (BOM)
- Montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi
- İşlər tamamlandıqdan sonra “as-built” çertyojların hazırlanması
- Layihə üzrə mexaniki montaj işlərinin koordinasiyası
Tələblər:
- Mexanika mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi
- AutoCAD proqramında sərbəst işləmə bacarığı
- Su təmizləmə, su təchizatı və çirkab su sistemləri üzrə bilik və təcrübə
- Paslanmayan polad, HDPE, U-PVC borular və əlaqəli komponentlər (fitinqlər, flanşlar, klapanlar və s.) barədə praktiki bilik
- Texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı
- Analitik düşünmə və problem həll etmə bacarığı
Üstünlük veriləcək:
- Su təmizləmə və çirkab su layihələrində praktiki təcrübə
- Sahə işlərində aktiv iştirak təcrübəsi
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur.