İşin təsviri
- Təyin olunmuş layihələr üzrə layihə xərclərinə nəzarət və planlama fəaliyyətlərinin idarə olunması və əlaqələndirilməsi.
- Layihə büdcələrinin, xərclər üzrə proqnozların hazırlanması və yenilənməsi.
- Faktiki xərclərin planlaşdırılmış büdcə və proqnozlarla müqayisə edilməsi yolu ilə xərc analizinin aparılması.
- Xərc və qrafik üzrə kənarlaşmaların müəyyən edilməsi, hədəflərin qorunması üçün düzəldici tədbirlər barədə tövsiyələrin verilməsi.
- Xərc, vaxt qrafiki və iş həcmi (scope) bazalarının uyğunluğunu təmin etmək məqsədilə layihə komandaları ilə sıx əməkdaşlıq.
- Həcm cədvəllərinin (BoQ), material miqdar çıxarışlarının (MTO) və satınalma üzrə qiymət müqayisələrinin yoxlanılması və təsdiqlənməsi.
- İcra həcminin ölçülməsində, məhsuldarlıq analizində və layihənin tamamlanma dəyərinin proqnozlaşdırılmasında iştirak.
- Rəhbərlik üçün həftəlik və aylıq icra və xərc hesabatlarının hazırlanması.
- Layihə dəyişikliklərinin xərc və vaxt təsirinə görə qiymətləndirilməsi.
- Rəhbərlik üçün hesabatlarının və təqdimatların hazırlanmasına dəstək.
- Daxili prosedurların, şablonların və hesabat alətlərinin davamlı təkmilləşdirilməsində iştirak.
Namizədə tələblər
- İnşaat mühəndisliyi, tikinti menecmenti və ya müvafiq texniki ixtisas üzrə bakalavr dərəcəsi.
- Tikinti layihələrində xərc nəzarəti və planlama sahəsində 5–8 il iş təcrübəsi.
- Xərc idarəetməsi, layihə planlaması, qrafiklərin hazırlanması, büdcələmə və məlumatların analizi üzrə bilik və bacarıqlar.
- Xərc nəzarəti və planlama sahəsində liderlik bacarıqları.
- Primavera P6, MS Project və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı; ERP və ya xərc nəzarəti proqramları üzrə bilik üstünlükdür.
Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur .