İş şəraiti
- İş sahəsi: Tikinti
- İş yeri: Bakı / Sumqayıt ərazisi
- İş qrafiki: Tam ştat
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində metal konstruksiyaların qaynaq işlərinin icrası
- Layihə və texniki çertyojlara uyğun qaynaq prosesinin aparılması
- Elektrik və yarımavtomat qaynaq avadanlıqları ilə işləmək
- Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək
- Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək
- Usta və sahə rəhbərinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək
Tələblər:
- Qaynaqçı vəzifəsində minimum 1–3 il iş təcrübəsi
- Tikinti sahəsində metal konstruksiyalar üzrə praktiki bacarıq
- Texniki çertyojları oxumaq bacarığı
- Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı
- Sertifikatların olması üstünlükdür
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Stabil əmək haqqı (təcrübəyə uyğun)
- Uzunmüddətli iş imkanı
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin. Mövzu hissəsində: “Qaynaqçı” qeyd edin.