Vəzifə öhdəlikləri:
- Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Google Search, Google Display, Google Analytics, Facebook Ads Manager, YouTube video reklamları, e-poçt və SMS marketinqi ilə əlaqəli bütün rəqəmsal marketinq fəaliyyətlərinin icra edilməsi ;
- Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi (Düzgün Targetinqin qurulması və reklamın aktiv saatlarının müəyyən edilməsi), kampaniyaların yerləşdirilməsi və nəticələrin analiz edilməsi ;
- ROI-nin (Return on İnvestment) artırılması üzrə reklam büdcələrinin optimizasiyası ;
- Digital kanallar üzrə gələn trafiklərin ölçülməsi
- Google va Meta üzrə aylıq hesabatların verilməsi ;
- Vebsaytın SEO-ya optimizasiyası ;
- Vebsayt üzərində olan problemləri təyin edib aradan qaldırılması üçün təkliflər etmək ;
- Şirkətin brend və məhsul tanıtımında rəqəmsal trendlərin təqibi və tətbiqi ;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi ;
- Səlis Azərbaycan və ingilis dili biliyi (rus dili arzuolunandır);
- Google Ads, Facebook Ads, SEO və analitik alətlər üzrə biliklər və təcrübə;
- Tapşırıqları düzgün planlaşdırmaq və vaxtında icra etmək bacarığı.
- Komanda ilə işləmə bacarığı və layihə idarə etmə təcrübəsi;
- Analitik düşüncə və problem həll etmə bacarıqlarına malik olmaq;
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 9:00-15:00
- Əmək haqqı: razılaşma ilə, namizədin bilik və təcrübələrindən asılı olacaq
Maraqlanan namizədlər “Digital Marketinq Mütəxəssisi” başlığı ilə email ünvanına cv göndərə bilərlər.