Tibbi Avadanlıqlar üzrə Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Avadanlıqlar üzrə Satış Meneceri

  • Deadline 22 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Arash Company komandasına satış sahəsində təcrübəli, texnologiyalara marağı olan, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığına malik Tibbi Avadanlıqlar üzrə Satış Meneceri axtarır.

Bu vəzifə estetik tibb və dermatologiya sahəsində istifadə olunan müasir lazer sistemlərinin, RF texnologiyalı cihazların, dermatoloji diaqnostika və digər estetik müalicə avadanlıqlarının satışını, yeni müştərilərin cəlb edilməsini və uzunmüddətli işgüzar əlaqələrin qurulmasını əhatə edir.

Axtardığımız namizəd aktiv satış fəaliyyəti vasitəsilə şəxsi müştəri portfelini formalaşdıracaq, dermatoloqlar, kosmetoloqlar, estetik klinikalar və tibb mərkəzləri ilə əməkdaşlıq quracaq, avadanlıqların texniki və kommersiya üstünlüklərini peşəkar şəkildə təqdim edərək şirkətin satış həcminin artırılmasına töhfə verəcək.

Əgər satış sahəsində uğurlu təcrübən varsa, yeni texnologiyaları öyrənməyi sevirsənsə və yüksək dəyərli məhsulların satışı üzrə peşəkar inkişaf etmək istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.

Əsas vəzifələr

Satış və biznesin inkişafı

  • Estetik və dermatoloji lazer sistemlərinin, RF texnologiyalı cihazların, dermatoloji diaqnostika, bədən konturlama və digər estetik müalicə avadanlıqlarının aktiv satışının həyata keçirilməsi;
  • Yeni müştərilərin müəyyən edilməsi, cəlb olunması və şəxsi müştəri portfelinin formalaşdırılması;
  • Dermatoloqlar, kosmetoloqlar, estetik klinikalar, tibb mərkəzləri və digər potensial müştərilərlə mütəmadi görüşlərin keçirilməsi;
  • Avadanlıqların texniki xüsusiyyətlərinin, klinik tətbiq sahələrinin və kommersiya üstünlüklərinin müştərilərə təqdim edilməsi;
  • Avadanlıqların iş prinsiplərinin mənimsənilməsi və müştərilər üçün məhsul nümayişlərinin (demo) həyata keçirilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması, qiymət və ödəniş şərtləri üzrə danışıqların aparılması;
  • Potensial müştərinin müəyyən edilməsindən müqavilənin bağlanmasına və avadanlığın təhvil verilməsinədək bütün satış prosesinin idarə olunması;
  • Aylıq, rüblük və illik satış hədəflərinə nail olunması;
  • Yeni bazar imkanlarının araşdırılması, rəqiblərin fəaliyyətinin və texnoloji yeniliklərin izlənilməsi;
  • Satış həcminin artırılması üçün yeni yanaşmaların və təşəbbüslərin irəli sürülməsi.

Müştəri münasibətlərinin idarə olunması

  • Mövcud və potensial müştərilərlə uzunmüddətli, etibarlı işgüzar münasibətlərin qurulması;
  • Uzunmüddətli satış proseslərində potensial müştərilərlə müntəzəm əlaqənin saxlanılması və satış imkanlarının izlənilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun texnoloji həllərin təklif olunması;
  • Mövcud müştərilərə yeni avadanlıqların, texnoloji yenilənmələrin və əlavə məhsulların təqdim edilməsi;
  • Müştəri etirazlarının peşəkar şəkildə idarə olunması və yüksək dəyərli satış danışıqlarının aparılması;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və təkrar satış imkanlarının inkişaf etdirilməsi.

Satış proseslərinin idarə olunması

  • Bütün potensial müştərilərin, görüşlərin, satış imkanlarının və müştəri kommunikasiyalarının Odoo CRM sistemində vaxtında və düzgün qeydiyyatının aparılması;
  • Satış imkanlarının (Sales Pipeline) mütəmadi izlənilməsi və yenilənməsi;
  • Satış proqnozlarının hazırlanması və potensial satışların nəticəyə çevrilməsi istiqamətində aktiv fəaliyyət;
  • Fərdi satış göstəricilərinin və hədəflərə nailolma səviyyəsinin izlənilməsi;
  • Müştəri debitor borclarının izlənilməsi və gecikmiş ödənişlərin yığılmasının təmin edilməsi;
  • Avadanlıqların sifarişi, çatdırılması, quraşdırılması və təhvil verilməsi proseslərində satınalma, logistika və servis komandaları ilə koordinasiya;
  • Satışdan sonrakı müştəri münasibətlərinin davamlı inkişaf etdirilməsi.

Marketinq və tədbirlər

  • Tibbi konfrans, seminar, master-klass və sərgilərdə şirkətin təmsil olunması;
  • Potensial müştərilərin şirkət tərəfindən təşkil edilən elmi və maarifləndirici tədbirlərə cəlb edilməsi;
  • Avadanlıqların canlı nümayişlərinin (demo), məhsul təqdimatlarının və müştəri görüşlərinin təşkili və keçirilməsi;
  • Yeni məhsulların bazara təqdimatı və marketinq kampaniyalarında aktiv iştirak;
  • Sahənin aparıcı mütəxəssisləri və rəy liderləri (KOL) ilə peşəkar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Beynəlxalq istehsalçıların məhsul və texniki təlimlərində iştirak;
  • Zərurət yarandıqda beynəlxalq konfrans, sərgi və digər peşəkar tədbirlərdə şirkətin təmsil olunması.

Namizədə tələblər

  • Ali təhsil (Tibb, Biotibbi Mühəndislik, Elektrik və Elektronika Mühəndisliyi, Biznesin İdarəedilməsi, Marketinq, Farmasiya və ya digər uyğun ixtisaslar);
  • Satış sahəsində minimum 2-3 il iş təcrübəsi (mütləqdir);
  • Aktiv satış, yeni müştərilərin cəlb edilməsi və B2B satış proseslərinin idarə olunması üzrə praktiki təcrübə;
  • Tibbi avadanlıqların, estetik və dermatoloji cihazların satışı sahəsində təcrübə üstünlük hesab olunur;
  • Digər sahələrdə yüksək dəyərli avadanlıq, texnologiya və ya mürəkkəb B2B məhsullarının satışı üzrə uğurlu təcrübəyə malik namizədlərin müraciətləri də nəzərdən keçiriləcək;
  • Texniki məhsulların iş prinsiplərini, xüsusiyyətlərini və tətbiq sahələrini mənimsəmək bacarığı;
  • Avadanlıqların texniki və kommersiya üstünlüklərini müştərilərə aydın və peşəkar şəkildə təqdim etmək bacarığı;
  • Məhsul nümayişlərini (demo) müstəqil şəkildə həyata keçirmək üçün zəruri texniki bilikləri mənimsəməyə hazır olmaq;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (mütləqdir);
  • Rus dilini yaxşı səviyyədə bilmək (mütləqdir);
  • İngilis dilini yaxşı səviyyədə bilmək (mütləqdir);
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
  • CRM sistemləri və satış imkanlarının idarə olunması üzrə təcrübə;
  • Odoo ERP sistemi ilə iş təcrübəsi üstünlük hesab olunur;
  • Güclü təqdimat, danışıqlar aparmaq və inandırma bacarığı;
  • Uzunmüddətli və yüksək dəyərli satış proseslərini sistemli şəkildə idarə etmək bacarığı;
  • Analitik və kommersiya düşüncəsi;
  • Yeni müştərilərin cəlb edilməsinə və satış hədəflərinə nail olunmasına yüksək motivasiya;
  • Müştərilərlə uzunmüddətli münasibətlər qurmaq və etirazlarla işləmək bacarığı;
  • Müstəqil işləmək, vaxtı düzgün idarə etmək və fəaliyyətini planlaşdırmaq bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
  • Peşəkar görünüş və işgüzar ünsiyyət etikası;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur;
  • Bakı və Azərbaycanın digər bölgələrində müştəri görüşlərinə və ezamiyyətlərə hazır olmaq.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 09:00 – 15:00
  • İş yeri: Arash Company, F. İbrahimbəyov küç. 19, Bakı
  • İş rejimi: Tam ştat, ofis və müştəri görüşləri
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
  • Bonus sistemi: Satış nəticələrinə əsaslanan əlavə bonuslar;
  • Sınaq müddəti: 3 ay (sınaq müddətində də satış bonusları tətbiq olunur);
  • İşgüzar səfərlərlə əlaqədar nəqliyyat və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

Biz nə təklif edirik?

  • Beynəlxalq səviyyədə tanınmış tibbi avadanlıq istehsalçıları ilə işləmək imkanı;
  • Müasir və yüksək texnologiyalı estetik və dermatoloji avadanlıqlarla praktiki tanışlıq;
  • Satış nəticələrinə əsaslanan motivasiyaedici bonus sistemi;
  • Beynəlxalq istehsalçıların məhsul, satış və texniki təlimlərində iştirak;
  • Xaricdə keçirilən tibbi konfrans, sərgi və digər peşəkar tədbirlərdə iştirak perspektivi;
  • Peşəkar inkişaf və gələcəkdə rəhbər vəzifələrə yüksəliş imkanları;
  • Şəxsi müştəri portfelini formalaşdırmaq və inkişaf etdirmək imkanı;
  • Korporativ mobil nömrə;
  • Ofisdə ödənişsiz nahar;
  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Korporativ tədbirlər və komanda fəaliyyətləri.

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Məktubun mövzu hissəsində “Tibbi Avadanlıqlar üzrə Satış Meneceri” qeyd etməyiniz xahiş olunur.

  • Daily116
  • Weekly448
  • Monthly1866