Vəzifə öhdəlikləri:
· Marketinq fəaliyyətləri üçün foto və video çəkilişlərini planlaşdırmaq və həyata keçirmək.
· Sosial media, rəqəmsal platformalar və çap materialları üçün vizual məzmun, qrafik dizayn və video materialları hazırlamaq.
· Hazırlanan foto, video və dizayn materiallarının montajını və yekun emalını həyata keçirmək.
· Brendin korporativ vizual üslubuna uyğun məzmun yaratmaq və onun vahidliyini qorumaq.
· Çəkilişlərin təşkili və icrası zamanı aidiyyəti şöbələr və əməkdaşlarla koordinasiyalı işləmək.
· Hazırlanan materialların keyfiyyətini və vaxtında təhvil verilməsini təmin etmək.
· Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
· TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq;
· Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;
Tələblər:
· Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
· Foto və video çəkilişi, montajı və qrafik dizayn sahəsində praktiki təcrübə.
· Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator və s dizayn proqramlarında işləmək bacarığı.
· Peşəkar kamera, işıqlandırma, səs avadanlıqları və gimbal ilə işləmək bacarığı.
· Video montajı, rəng korreksiyası (Color Correction), səs emalı və motion graphic üzrə biliklər.
· Instagram, Facebook, TikTok, YouTube və LinkedIn platformaları üçün foto və video kontent hazırlamaq və paylaşmaq bacarığı.
· Güclü vizual zövq, kompozisiya, kadraj və brend estetikası üzrə biliklər.
· Kreativ düşüncə, məsuliyyətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı.
· Portfolio təqdim edilməsi mütləqdir.
· Tibbi və ya korporativ sahədə iş təcrübəsi üstünlükdür.
Şərtlər:
· Əmək haqqı: Müsahibə əsasında
· AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
· İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00
· Şirkət tərəfindən naharla təmin olunur
· Peşəkar inkişaf və karyera imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.