Visual Content Creator

  • Истекает 3 сентябрь 2026

Vəzifə öhdəlikləri:

·      Marketinq fəaliyyətləri üçün foto və video çəkilişlərini planlaşdırmaq və həyata keçirmək.

·      Sosial media, rəqəmsal platformalar və çap materialları üçün vizual məzmun, qrafik dizayn və video materialları hazırlamaq.

·      Hazırlanan foto, video və dizayn materiallarının montajını və yekun emalını həyata keçirmək.

·      Brendin korporativ vizual üslubuna uyğun məzmun yaratmaq və onun vahidliyini qorumaq.

·      Çəkilişlərin təşkili və icrası zamanı aidiyyəti şöbələr və əməkdaşlarla koordinasiyalı işləmək.

·      Hazırlanan materialların keyfiyyətini və vaxtında təhvil verilməsini təmin etmək.

·      Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

·      TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq;

·      Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;

 

 

Tələblər:

·      Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.

·      Foto və video çəkilişi, montajı və qrafik dizayn sahəsində praktiki təcrübə.

·      Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator və s dizayn proqramlarında işləmək bacarığı.

·      Peşəkar kamera, işıqlandırma, səs avadanlıqları və gimbal ilə işləmək bacarığı.

·      Video montajı, rəng korreksiyası (Color Correction), səs emalı və motion graphic üzrə biliklər.

·      Instagram, Facebook, TikTok, YouTube və LinkedIn platformaları üçün foto və video kontent hazırlamaq və paylaşmaq bacarığı.

·      Güclü vizual zövq, kompozisiya, kadraj və brend estetikası üzrə biliklər.

·      Kreativ düşüncə, məsuliyyətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı.

·      Portfolio təqdim edilməsi mütləqdir.

·      Tibbi və ya korporativ sahədə iş təcrübəsi üstünlükdür.

 

Şərtlər:

·      Əmək haqqı: Müsahibə əsasında

·      AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi

·      İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00

·      Şirkət tərəfindən naharla təmin olunur

·      Peşəkar inkişaf və karyera imkanları

 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly103
  • Monthly120