Araz Supermarketlər Şəbəkəsi "Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri" vakansiyası üzrə işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər "Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri" adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
- Aktivlərin uçotu ilə bağlı bütün mühasibat proseslərini idarə etmək və nəzarət etmək
- Aktivlərin mühasibatlığı sisteminin düzgün və effektiv işləməsini təmin etmək
- Dövri xərclər hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək
- İllik, rüblük və aylıq maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək
- Aktivlərlə bağlı proqnozları hazırlamaq və aktivlərin büdcələrini tərtib etmək
- Aktivlərin axınlarını təhlil edərək gələcək planlaşdırılmasını həyata keçirmək
- Maliyyə nəticələrini təhlil etmək və aktivlərin mühasibatlığı ilə bağlı təkliflər vermək
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 4-5 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- ACCA F3, F7
- PMS sertifikatı üstünlükdür
- Güclü ünsiyyət bacarığı
- Qərarvermə və problemləri həll etmə bacarığı
- Vaxtın və resursların effektiv idarə etmə bacarığı
- Strateji düşünmə və planlaşdırma bacarığı
- Liderlik keyfiyyətləri
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.