Tələblər:
- Ali təhsil
- Şəxsi avtomobili olan
- Ms Office proqramlarında işləmə bacarığı;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq;
Vəzifə öhdəlikləri:
- Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına nəzarət etmək;
- Şöbə rəhbərinin və dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi və nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;
- İşçilərə təhlükəsiz iş üsulunun öyrədilməsinə, təlimatların vaxtında keçirilməsinə, biliklərin yoxlanmasına və təlimatlandırılma haqqında jurnallarda qeydlərin düzgün aparılmasına nəzarəti təmin etmək;
- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və önləyici tədbirlər haqqında hesabat verdiyi instansiyaya təkliflər vermək;
- Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin təhlükəsizliyi üzrə nişanlar (xəbərdaredici, göstərici və s.) və lövhələrlə təmin olunması üçün SƏTƏM koordinatoruna müraciət etmək və lövhələrin dəyişdirilməsini təşkil etmək;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM üzrə mütəxəssis (Xəzər rayonu)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.