Araz Supermarket Araz Supermarket
  • 398

Tikinti sahəsinin rəisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tikinti sahəsinin rəisi

  • Истекает 15 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri

  • Sahə üzrə tikinti proseslərinin idarə edilməsi
  • Tikinti sahəsində gündəlik işlərin təşkili və icrasına nəzarət etmək.
  • Layihə sənədləri, texniki çertyojlar və təsdiq edilmiş iş qrafikinə uyğunluğun təmin edilməsi.
  • Sahədə aparılan tikinti, montaj və təmir işlərinin keyfiyyətinə nəzarət etmək.
  • Mağaza açılışı və obyektlərin təhvil verilməsi
  • Yeni mağazaların açılışa hazırlanması prosesinin sahə üzrə idarə olunması.
  • Açılış öncəsi yoxlamaların (check-list) icrasına və aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasına nəzarət.
  • Obyektlərin istismara və aidiyyəti struktur bölmələrə təhvil verilməsində iştirak etmək.
  • Material və resurslara nəzarət
  • Tikinti materiallarının sahəyə vaxtında və düzgün çatdırılmasına nəzarət.
  • Materialların təyinatı üzrə və səmərəli istifadəsinin təmin edilməsi. İtkilərin və əlavə xərclərin qarşısının alınması.
  • Hesabatlılıq və koordinasiya
  • Layihənin sahə üzrə icra vəziyyəti barədə Layihə Şöbəsi rəhbərliyinə mütəmadi hesabatlar təqdim etmək.
  • Layihə menecerləri, mühəndislər və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
  • Sahədə baş verən dəyişikliklər və risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.

Tələblər

  • Təhsil və iş təcrübəsi
  • Ali təhsil (İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahələr).
  • Tikinti sahəsində minimum 2 il iş təcrübəsi, o cümlədən sahə rəisi və ya sahə nəzarətçisi vəzifəsində təcrübə.
  • Mağaza açılışı, retail və ya kommersiya obyektləri üzrə inşaat təcrübəsi üstünlükdür.
  • Peşəkar bilik və bacarıqlar
  • Tikinti norma və qaydaları, texniki şərtlər və layihə sənədləri üzrə biliklər.
  • Texniki çertyojları oxuma və sahədə tətbiq etmə bacarığı.
  • MS Office proqramları ilə işləmək bacarığı (AutoCAD biliyi üstünlükdür).

Şəxsi keyfiyyətlər

  • Güclü təşkilatçılıq və nəzarət bacarığı.
  • Operativlik, məsuliyyətlilik və nəticəyönümlülük.
  • Detallara diqqət və yüksək icra intizamı.
  • Stressə davamlılıq və sahə şəraitində işləmə bacarığı.
  • Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı.

Uyğun namizədlər cv-I “Tikinti sahəsinin rəisi” başlığı altında Müraciət Et düyməsində göstərilən email-ə göndərə bilərlər.

  • Daily104
  • Weekly205
  • Monthly1384