Əsas vəzifə öhdəlikləri
- Sahə üzrə tikinti proseslərinin idarə edilməsi
- Tikinti sahəsində gündəlik işlərin təşkili və icrasına nəzarət etmək.
- Layihə sənədləri, texniki çertyojlar və təsdiq edilmiş iş qrafikinə uyğunluğun təmin edilməsi.
- Sahədə aparılan tikinti, montaj və təmir işlərinin keyfiyyətinə nəzarət etmək.
- Mağaza açılışı və obyektlərin təhvil verilməsi
- Yeni mağazaların açılışa hazırlanması prosesinin sahə üzrə idarə olunması.
- Açılış öncəsi yoxlamaların (check-list) icrasına və aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasına nəzarət.
- Obyektlərin istismara və aidiyyəti struktur bölmələrə təhvil verilməsində iştirak etmək.
- Material və resurslara nəzarət
- Tikinti materiallarının sahəyə vaxtında və düzgün çatdırılmasına nəzarət.
- Materialların təyinatı üzrə və səmərəli istifadəsinin təmin edilməsi. İtkilərin və əlavə xərclərin qarşısının alınması.
- Hesabatlılıq və koordinasiya
- Layihənin sahə üzrə icra vəziyyəti barədə Layihə Şöbəsi rəhbərliyinə mütəmadi hesabatlar təqdim etmək.
- Layihə menecerləri, mühəndislər və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
- Sahədə baş verən dəyişikliklər və risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.
Tələblər
- Təhsil və iş təcrübəsi
- Ali təhsil (İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahələr).
- Tikinti sahəsində minimum 2 il iş təcrübəsi, o cümlədən sahə rəisi və ya sahə nəzarətçisi vəzifəsində təcrübə.
- Mağaza açılışı, retail və ya kommersiya obyektləri üzrə inşaat təcrübəsi üstünlükdür.
- Peşəkar bilik və bacarıqlar
- Tikinti norma və qaydaları, texniki şərtlər və layihə sənədləri üzrə biliklər.
- Texniki çertyojları oxuma və sahədə tətbiq etmə bacarığı.
- MS Office proqramları ilə işləmək bacarığı (AutoCAD biliyi üstünlükdür).
Şəxsi keyfiyyətlər
- Güclü təşkilatçılıq və nəzarət bacarığı.
- Operativlik, məsuliyyətlilik və nəticəyönümlülük.
- Detallara diqqət və yüksək icra intizamı.
- Stressə davamlılıq və sahə şəraitində işləmə bacarığı.
- Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı.
Uyğun namizədlər cv-I “Tikinti sahəsinin rəisi” başlığı altında Müraciət Et düyməsində göstərilən email-ə göndərə bilərlər.