İş qrafiki: Full-time
İş yeri: Bakı, Azure Business Center
Vəzifə öhdəlikləri:
- Şirkətin IT məhsulunun korporativ müştərilərə təqdim olunması
- Potensial B2B müştərilərlə ilkin əlaqələrin qurulması (LinkedIn, email, telefon və s.)
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təklif olunması
- Demo görüşlərin təşkili və keçirilməsi
- Satış funnel-in idarə olunması və müştərinin bütün satış mərhələləri üzrə müşayiəti
- Müqavilə danışıqlarının aparılması və satışın bağlanması
- CRM sistemində müştəri məlumatlarının qeydiyyatı və satış prosesinin izlənməsi
- Satış nəticələrinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması
- Məhsulun bazarda tanıdılması və satışa dəstək verən təşəbbüslərin həyata keçirilməsi
Tələblər:
- Satış sahəsində minimum 3 il iş təcrübəsi
- B2B satış təcrübəsi
- IT və ya SaaS məhsullarının satışı üzrə iş təcrübəsi üstünlükdür
- Satış prosesi və funnel məntiqi haqqında anlayış
- Korporativ müştərilərlə effektiv ünsiyyət və təqdimat bacarığı
- Analitik düşüncə və nəticə yönümlü yanaşma
- CRM sistemləri ilə işləmə bacarığı
- Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür
Üstünlüklər:
- Texnoloji məhsulların satış təcrübəsi
- LinkedIn üzərindən müştəri axtarışı (lead generation) təcrübəsi
- Demo təqdimatların keçirilməsi təcrübəsi
- Performance əsaslı satış yanaşması
Biz nə təklif edirik:
- Stabil və dinamik iş mühiti
- Peşəkar komandada inkişaf imkanı
- Əmək haqqı + satış nəticələrinə əsaslanan əlavə bonuslar
- IT sektorunda karyera inkişaf perspektivi
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən email ünvanına göndərməyiniz xahiş olunur.
Mövzu hissəsində “Satış Meneceri – Arbinex” qeyd edin.