İş yeri: Özbəkistan Respublikası.
İşin təsviri:
- Layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək ;
- Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydalara uyğunlaşdırmaq;
- Layihə üzrə işin proqnozlaşdırılması, proqnoza nəzarət və düzəlişlərin edilməsi;
- Tikinti-quraşdırma işlərinin layihə üzrə aparılmasına nəzarət etmək;
- Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq;
- İşin status ilə bağlı hesabatların hazırlanması və yarana biləcək hər hansı bir problemin aradan qaldırılmasının təmin edilməsi;
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
- Layihələr üzrə irəliləyişləri izləmək, hesabat hazırlamaq və nəticələri təqdim etmək
- Rəhbərliyə görülən işlər barədə günlük, həftəlik və aylıq phesabatları təqdim etmək.
Tələblər:
- Yaş: 35- 50 yaş;
- Təhsil : Ali təhsil;
- Dil bilikləri: Rus dili- mütləqdir, İngilis dili-arzuolunandır;
- Uzunmüddətli ezamiyyətlərə hazır olmalı;
- Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 10 illik təcrübə(azi 5 ili rəhbər vəzifələrdə);
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
- Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
- Layihələri oxumağı və təhlil etməyi bilməli;Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
- Komputer bilikləri: MS Office ( Word, Excell), Auto Cad proqramlarında işləməyi bilməli;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
İş rejimi: 6 günlük;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Layihə Meneceri” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.