ArchiCO ArchiCO
  • 345

Layihə meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə meneceri

  • Deadline 25 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Özbəkistan Respublikası.

İşin təsviri:

  • Layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək ;
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydalara uyğunlaşdırmaq;
  • Layihə üzrə işin proqnozlaşdırılması, proqnoza nəzarət və düzəlişlərin edilməsi;
  • Tikinti-quraşdırma işlərinin layihə üzrə aparılmasına nəzarət etmək;
  • Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq;
  • İşin status ilə bağlı hesabatların hazırlanması və yarana biləcək hər hansı bir problemin aradan qaldırılmasının təmin edilməsi;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Layihələr üzrə irəliləyişləri izləmək, hesabat hazırlamaq və nəticələri təqdim etmək
  • Rəhbərliyə görülən işlər barədə günlük, həftəlik və aylıq phesabatları təqdim etmək.

Tələblər:

  • Yaş: 35- 50 yaş;
  • Təhsil : Ali təhsil;
  • Dil bilikləri: Rus dili- mütləqdir, İngilis dili-arzuolunandır;
  • Uzunmüddətli ezamiyyətlərə hazır olmalı;
  • Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 10 illik təcrübə(azi 5 ili rəhbər vəzifələrdə);
  • Punktual və məsuliyyətli olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
  • Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
  • Layihələri oxumağı və təhlil etməyi bilməli;Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
  • Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
  • Komputer bilikləri: MS Office ( Word, Excell), Auto Cad proqramlarında işləməyi bilməli;

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
İş rejimi: 6 günlük;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Layihə Meneceri” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily23
  • Weekly707
  • Monthly2606