İş şəraiti
- İş yeri: Bakı
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş qrafiki: I-V günlər,
İşin təsviri:
- Layihələrin planlaşdırılması, təşkili və idarə olunması;
- Memarlıq, Konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğın təhlükəsizliyi və digər mühəndislik bölmələrinin koordinasiyası;
- Mühəndislik həllərinin memarlıq və digər layihə bölmələri ilə uyğunluğunun təmin edilməsi;
- Layihə sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikinti üzrə normativlərə və müvafiq beynəlxalq standartlara uyğunluğuna nəzarət;
- Mühəndislik çertyojlarının, hesabatların, spesifikasiyaların və texniki sənədlərin yoxlanılması;
- Layihəçi və podratçıların texniki fəaliyyətinin koordinasiyası;
- İş həcmlərinin və texniki spesifikasiyaların hazırlanması və yoxlanılması;
- Dövlət ekspertizası və razılaşdırma proseslərində bütün bölmələr üzrə texniki dəstəyin göstərilməsi;
- Layihə üzrə texniki risklərin, uyğunsuzluqların və mümkün problemlərin müəyyən edilməsi və həlli;
- Layihə büdcəsinin və texniki həllərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Layihənin bütün mərhələlərində mühəndislik işlərinin keyfiyyətinə və vaxtında icrasına nəzarət.
Tələblər:
- Yaş: 35- 55 yaş;
- İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsində ali təhsil;.
- Müvafiq sahədə 10 il və daha artıq iş təcrübəsi.
- Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları və Qaydalarını mükəmməl bilmək, layihələrin Dövlət Ekspertizasına hazırlanması və müdafiəsi təcrübəsi;
- AutoCAD və MS Project proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Revit, Primavera, və digər memarlıq/mühəndislik proqramlarını bilmək arzuolunandır);
- Memarlıq, konstruksiya və mühəndis-kommunikasiya (MEP) bölmələrinin layihələrini bir-biri ilə uzlaşdırmaq, ziddiyyətləri aradan qaldırmaq bacarığı;.
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
- Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Layihənin baş mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.