Layihənin baş mühəndisi

  • Истекает 22 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Bakı
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
  • İş qrafiki: I-V günlər, 

İşin təsviri:

  • Layihələrin  planlaşdırılması, təşkili və idarə olunması;
  • Memarlıq, Konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğın təhlükəsizliyi və digər mühəndislik bölmələrinin koordinasiyası;
  • Mühəndislik həllərinin memarlıq və digər layihə bölmələri ilə uyğunluğunun təmin edilməsi;
  • Layihə sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikinti üzrə normativlərə və müvafiq beynəlxalq standartlara uyğunluğuna nəzarət;
  • Mühəndislik çertyojlarının, hesabatların, spesifikasiyaların və texniki sənədlərin yoxlanılması;
  • Layihəçi və podratçıların texniki fəaliyyətinin koordinasiyası;
  • İş həcmlərinin və texniki spesifikasiyaların hazırlanması və yoxlanılması;
  • Dövlət ekspertizası və razılaşdırma proseslərində bütün bölmələr üzrə texniki dəstəyin göstərilməsi;
  • Layihə üzrə texniki risklərin, uyğunsuzluqların və mümkün problemlərin müəyyən edilməsi və həlli;
  • Layihə büdcəsinin və texniki həllərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Layihənin bütün mərhələlərində mühəndislik işlərinin keyfiyyətinə və vaxtında icrasına nəzarət.

Tələblər:

  • Yaş: 35- 55 yaş;
  • İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsində ali təhsil;.
  • Müvafiq sahədə 10 il və daha artıq iş təcrübəsi.
  • Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları və Qaydalarını mükəmməl bilmək, layihələrin Dövlət Ekspertizasına hazırlanması və müdafiəsi təcrübəsi;
  • AutoCAD və MS Project proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Revit, Primavera,  və digər memarlıq/mühəndislik proqramlarını bilmək arzuolunandır);
  • Memarlıq, konstruksiya və mühəndis-kommunikasiya (MEP) bölmələrinin layihələrini bir-biri ilə uzlaşdırmaq, ziddiyyətləri aradan qaldırmaq bacarığı;.
  • Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
  • Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
  • Punktual və məsuliyyətli olması;
  • Komanda ilə işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Layihənin baş mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily134
  • Weekly272
  • Monthly1992