İş yeri: Bakı
İşin təsviri:
- İnşa olunan obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;
- Layihədə dəyişikliklərin olunması və edilmiş dəyişikliklərin tikintidə tətbiqinə nəzarət etmək;
- Tikinti və təmirə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
- Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək;
- Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların
- tələblərinə uyğun işləyib hazırlamaq.
- İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək.
- Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmi azaldılmasını təmin etmək və s.
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək
- Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
- Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib etmək;
- Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması;
- Eskiz və işçi layihələrin hazirlanması;
- Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı.
Tələblər:
- Yaş: 25- 45 yaş;
- Memarlıq və dizayn sahəsində ali təhsil.
- Memarlıq sahəsində ən azı 5 il iş təcrübəsi.
- AutoCAD, Revit, SketchUp, 3ds Max, Photoshop və digər memarlıq proqramlarında yüksək işləmə bacarığı.
- Yaradıcı və yeni dizayn konsepsiyalarını yaratmaq bacarığı.
- Layihələndirmə bacarıqları - layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
- Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi qaydalarını bilməlidir;
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş qrafiki: I-V günlər, 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Memar” yazaraq Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.