Vəzifə öhdəlikləri:
- Otaqların mövcudluğu, qiymətlər, dəyişikliklər, gündəlik rezervasiyalar ilə bağlı qeydiyyat aparmaq;
- Bütün rezervasiya dəyişikliklərini yoxlamaq, hər hansı bir dəyişiklik olduğu təqdirdə idarəetmə sistemində dərhal və dəqiq bir şəkildə yeniləmək;
- Gündəlik e-poçtları yoxlamaq, onlayn sorğulara cavab vermək və rezervasiya etmək;
- E-poçt göndərişlərinin hotel üzrə çeşidlənməsi (Front Office və Maliyyə şöbələri) üçün ehtiyyat nüsxələrini hazırlamaq;
- Otaq mövcudluğu barədə məlumat vermək, rezervasiya ilə bağlı təsdiq məktubu göndərmək və zəmanət tələb etmək;
- Zənglərlə gələn bütün rezervasiya sorğularını cavabalandırmaq
Namizədə tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
- Azərbaycan; Rus və İngilis dili;
- Elektra programı (arzuolunandır)
- Microsoft Office programları: Outlook, Word və Excel
İş şərtləri:
- 5 günlük iş rejimi (Növbəli iş qrafiki)
- Əmək haqqı: 600 AZN
- Ünvan: Bakı şəhəri, H. Əliyev pr. 115, bina 187B
Müraciət etmək üçün:
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Rezervasiyalar üzrə agent” göstərilməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaqdır.