“Arena Plaza” MMC-yə Təmir sahəsində “Usta” tələb olunur.
Tələblər:
- Tikinti-təmir sahəsində iş təcrübəsi
- Tikinti materiallarını və onların istifadə qaydalarını bilməsi;
- İşin keyfiyyətinə və vaxtında təhvil verilməsinə diqqət yetirməsi.
- Alət və avadanlıqlardan düzgün istifadə bacarığı;
Vəzifə öhdəlikləri:
- Təmir və tikinti işlərinin düzgün və keyfiyyətli icrasını təmin etmək;
- Suvaq, malalama, hörgü, beton, kafel-metlax və digər təmir işlərinin görülməsi
- İş prosesində yaranan texniki problemləri müəyyən etmək və aradan qaldırmaq
- Material və alətlərin düzgün istifadəsinə nəzarət etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
- İşlərin müəyyən olunmuş müddətdə tamamlanmasını təmin etmək;
- Görülən işlərin nəticəsi barədə məlumat vermək
İş şəraiti:
- 5 günlük iş qrafiki
- Əmək haqqı 800 Azn
- İş yeri: Koroğlu m/s yaxınlığı Heydər Əliyev pr. 115 C (Arena Plaza)
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Usta” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.