Komandamız üçün strategiya və yaradıcılığı birləşdirə bilən Marketinq Direktoru axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
- Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Aylıq, rüblük marketinq planın tərtib olunması və icrası
- Tabeliyində olan komandanın idarə olunması
- Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
- Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idərsi;
- Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə vebsaytdakı nəticələrin təhlili;
- Digər şöbələrlə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
Tələb olunan bilik və bacarıqlar:
- Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)
- Rəqəmsal marketinq kanalları ilə işləmə bacarığı (SEO, SEM və s.);
- Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
- SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
- Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
- Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
- Stratejik düşünmə və analitika bacarığı;
- Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
- Effektiv kommunikasiya bacarığı;
- Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
- Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis dilini bilməsi üstünlükdür).
İş şəraiti:
- İş saatı: 1-5 günlər 9:00- 18:00
- Əmək haqqı: Fix və Bonusdan ibarətdir. Bu barədə məlumat müsahibə zamanı açıqlanır.
- Ünvan: Bakıxanov qəs. Bəşir Bünyadov 3K
Maraqlanan namizlədlər CV nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə "Marketinq Direktor" yazaraq göndərə, və ya +994 51 270 92 27 nömrəsi ilə əlaqə yarada bilərlər.