Şirkətimiz üçün sosial media sahəsində özünə güvənən, yaradıcı düşünən və gördüyü işlə fərq yarada biləcək Sosial Media Marketinqi Mütəxəssisi axtarırıq.
Vəzifələr
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LİnkedIn) idarə edilməsi;
- Kontent planının hazırlanması və yeni kontent ideyalarının təqdim olunması;
- Şirkətin veb-səhifələrinə ehtiyac olduqda dəyişikliklərin edilməsi və xəbərlərin yerləşdirilməsi (WordPress üzərindən həyata keçirilir, proses öyrədiləcək);
- Sosial media üçün qısa video formatlarına uyğun ideyaların və Reels ssenarilərinin hazırlanması;
- Məhsullara Birmarket platforması üzərindən stok və digər məlumat dəyişikliklərinin edilməsi (proses öyrədiləcək);
- Meta Ads Manager üzərindən reklamların yerləşdirilməsi, nəticələrin analiz edilməsi və aylıq hesabatların hazırlanması;
- Marketinqlə bağlı kampaniya və təkliflərin rəhbərliyə təqdim edilməsi;
- Marketinq strategiyasının qurulmasına dəstək göstərilməsi;
- B2B müştərilər üçün nəzərdə tutulmuş promo məhsullara nəzarət edilməsi və ehtiyac yarandıqda promo məhsulların sifariş edilməsi.
Tələblər
- Bəy namizəd axtarılır;
- Marketinq və ya əlaqəli ixtisas üzrə ali təhsil və ya bu sahədə təhsil verən etibarlı qurumlardan əldə edilmiş diplomun olması
- Sosial media idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi;
- Meta Ads Manager və Meta Business Suite ilə işləmə bacarığı;
- Dəqiq, məsuliyyətli və hesabatlı iş prinsipi;
- Deadline uyğun şəkildə dizaynerlə brief verilməsi;
- Yaradıcı və müştəri yönümlü düşüncə tərzi;
- Avtomobil sektoruna marağın və ya bu sahədə anlayışının olması üstünlükdür;;
- Sosial media paylaşımları və reklamlar üçün kreativ və düzgün mətnlər yaza bilmək;
- Azərbaycan dilində səlis yazı və kommunikasiya bacarığı.
- Süni intellekt alətlərindən düzgün və səmərəli istifadə
İş şəraiti
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Ofisdaxili iş – Bakıxanov;
- Bəzi hallarda çəkilişlər üçün əməkdaşlıq etdiyimiz məntəqələrə səfər;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti;
- Əmək haqqı – namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
Əgər öz ideyalarına güvənirsənsə, sosial medianı yaxşı anlayırsansa və gördüyün işlə real nəticə yaratmaq istəyirsənsə, CV-ni və Portfolionu və ya idarə etdiyiniz səhifələri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “SMM Mütəxəsisi” yazaraq göndərə bilərsən.