Sosial Media Marketinqi Mütəxəssisi

  • Истекает 1 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz üçün sosial media sahəsində özünə güvənən, yaradıcı düşünən və gördüyü işlə fərq yarada biləcək Sosial Media Marketinqi Mütəxəssisi axtarırıq.

Vəzifələr

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LİnkedIn) idarə edilməsi;
  • Kontent planının hazırlanması və yeni kontent ideyalarının təqdim olunması;
  • Şirkətin veb-səhifələrinə ehtiyac olduqda dəyişikliklərin edilməsi və xəbərlərin yerləşdirilməsi (WordPress üzərindən həyata keçirilir, proses öyrədiləcək);
  • Sosial media üçün qısa video formatlarına uyğun ideyaların və Reels ssenarilərinin hazırlanması;
  • Məhsullara Birmarket platforması üzərindən stok və digər məlumat dəyişikliklərinin edilməsi (proses öyrədiləcək);
  • Meta Ads Manager üzərindən reklamların yerləşdirilməsi, nəticələrin analiz edilməsi və aylıq hesabatların hazırlanması;
  • Marketinqlə bağlı kampaniya və təkliflərin rəhbərliyə təqdim edilməsi;
  • Marketinq strategiyasının qurulmasına dəstək göstərilməsi;
  • B2B müştərilər üçün nəzərdə tutulmuş promo məhsullara nəzarət edilməsi və ehtiyac yarandıqda promo məhsulların sifariş edilməsi.

Tələblər

  • Bəy namizəd axtarılır;
  • Marketinq və ya əlaqəli ixtisas üzrə ali təhsil və ya bu sahədə təhsil verən etibarlı qurumlardan əldə edilmiş diplomun olması
  • Sosial media idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi;
  • Meta Ads Manager və Meta Business Suite ilə işləmə bacarığı;
  • Dəqiq, məsuliyyətli və hesabatlı iş prinsipi;
  • Deadline uyğun şəkildə dizaynerlə brief verilməsi;
  • Yaradıcı və müştəri yönümlü düşüncə tərzi;
  • Avtomobil sektoruna marağın və ya bu sahədə anlayışının olması üstünlükdür;;
  • Sosial media paylaşımları və reklamlar üçün kreativ və düzgün mətnlər yaza bilmək;
  • Azərbaycan dilində səlis yazı və kommunikasiya bacarığı.
  • Süni intellekt alətlərindən düzgün və səmərəli istifadə

İş şəraiti

  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • Ofisdaxili iş – Bakıxanov;
  • Bəzi hallarda çəkilişlər üçün əməkdaşlıq etdiyimiz məntəqələrə səfər;
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti;
  • Əmək haqqı – namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.

Əgər öz ideyalarına güvənirsənsə, sosial medianı yaxşı anlayırsansa və gördüyün işlə real nəticə yaratmaq istəyirsənsə, CV-ni və Portfolionu və ya idarə etdiyiniz səhifələri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “SMM Mütəxəsisi” yazaraq göndərə bilərsən.

  • Daily77
  • Weekly191
  • Monthly77