Tələbələrimizin Amerika universitetlərinə qəbulunu asanlaşdıracaq təcrübəli SAT müəllimi axtarırıq! Əgər riyaziyyat və ya verbal bölmələr üzrə güclü biliklərin və mükəmməl tədris bacarığın varsa, səninlə tanış olmaq istərdik.
Tələblər:
- SAT tədrisi üzrə 3 illik təcrübə (və ya şagird nəticələri ilə sübut olunmuş təcrübə);
- Analitik düşüncə və strukturlaşdırılmış tədris planlaması;
- İngilis dilində sərbəst danışıq bacarığı;
- Tələbələrlə düzgün kommunikasiya və fərdi yanaşma bacarığı;
- Motivasiyaedici və nəticəyönümlü yanaşma.
Təklif edirik:
- Rəqabətli əməkhaqqı;
- Peşəkar və dəstəkverici komanda;
- Online və ya oflayn tədris imkanları;
- Davamlı inkişaf fürsətləri;
- Çevik (part-time və ya full-time mümkündür) iş qrafiki.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SAT müəllimi” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.