12 ildən çoxdur ki, fəaliyyət göstərməkdə olaraq - dünyanın bir cox yerlərində B2B şəbəkəmiz və beynəlxalq tərəfdaşlarımız var. İndi komandamıza öz işini sevən, nəticəyə köklənmiş bir menecer axtarırıq.
Sizdə olmasını istədiklərimiz:
- Turizm sahəsində ən azı 2 il iş təcrübəsi
- Turizm platformalarında sərbəst işləmə bacarığı
- Turistlərlə peşəkar və səmimi ünsiyyət
- Sosial media ilə işləmə praktikası
- Viza dəstəyi, sanatoriya, otel, tur, transfer və aviabilet satışı üzrə bilik
- Rus və İngilis dilləri vacib deyil, amma böyük üstünlükdür
Bizdən sizə:
- Yüksək əmək haqqı + satışdan faiz
- Bakının mərkəzində rahat ofis
- Beynəlxalq tərəfdaşlarla iş təcrübəsi
- Real karyera yüksəlişi imkanı
- Bir-birini dəstəkləyən peşəkar komanda
Qeyd: Turizm şirkətində ən azı 2 illik təcrübə əsas şərtdir. Bu kriteriyaya uyğun olmayan CV-lər nəzərdən keçirilməyəcək — vaxtınıza hörmət edərək əvvəlcədən bildiririk.
Əlaqə:
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.