Namizədə aid tələblər:
- Ali təhsilli olmalı,
- Rus və İngilis dilini bilməli,
- Tələb olunan sahə üzrə minimum 1 il iş təcrübəsi olmalı,
- Ofis proqramlarında sərbəst işləməyi bacarmalı,
- İşlə əlaqədar bölgələrə səyahət edə bilməlidir.
Əsas əmək funksiyaları:
- Cavabdeh olduğu ərazi üzrə satış strategiyasına uyğun siyasəti həyata keçirtmək, kiçik korporativ müştərilərə, distribüterlərə və pərakəndə diler şəbəkəsinə satış prosesinə nəzarət etmək,
- Öz ərazisinə məxsus pərakəndə satış hədəflərini təmin etmək,
- Rəqiblərin marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq,
- Aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək,
- Pərakəndə diler şəbəkəsi ilə əlaqələri inkişaf etdirmək,
- Satış həcmini, qiymətləri, bazar payını və müştəri davranışını müəyyənləşdirmək,
- Cavabdeh olduğu ərazidən daxil olan müştəri şikayətlərini araşdırılmasına dəstək göstərmək,
- Pərakəndə və topdan satıcılarla, tikinti şirkətləri ilə mütəmadi olaraq görüşlər keçirmək,
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək,
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Əsas təminatlar:
- Naharla təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Avtomobil və yanacaqla təmin olunur.
- Əmək haqqı razılaşma yolu ilə təyin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Satış təmsilçisi" qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.