İş şəraiti
- Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
- Əmək haqqı: 600 - 800 AZN
- Rəhbərin (sahibkarın) və ailəsinin gündəlik nəqliyyat ehtiyaclarını qarşılayacaq, peşəkar, məsuliyyətli və etibarlı Şəxsi və Ailə Sürücüsü axtarılır.
Vəzifə öhdəlikləri:
- Rəhbərin (sahibkarın) və ailə üzvlərinin təhlükəsiz, rahat və vaxtında nəzərdə tutulan ünvanlara çatdırılmasını təmin etmək;
- Gündəlik iş qrafikinə ciddi şəkildə uyğun hərəkət etmək və zərurət yarandıqda qeyri-iş saatlarında da xidmət göstərmək;
- Avtomobilin hər zaman təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Avtomobilin texniki baxışı, sığortası və yanacaq təminatı ilə bağlı prosesləri vaxtında yerinə yetirmək və nəzarətdə saxlamaq;
- Məxfiliyi qorumaq, işgüzar və ailə etiketinə, həmçinin davranış qaydalarına tam riayət etmək;
- Gün ərzində verilən müxtəlif tapşırıqları dəqiq, çevik və məsuliyyətlə yerinə yetirmək.
Tələblər:
- Şəxsi/ailə sürücüsü kimi isə ən azı 1 il iş təcrübəsi olması arzu olunandır;
- Yaş: 20-30
- Bakı şəhərinin küçə, prospekt və ünvanlarını əla səviyyədə bilmək;
- Səliqəli xarici görünüş, nəzakətli və mədəni davranış qaydalarına sahib olmaq;
- Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və təmiz sürücülük tarixi.
Əlaqə nömrəsi: 051-207-27-31
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.