ARNE Group MMC ARNE Group MMC
  • 935

ARNE Group MMC

Əmlakın idarəedilməsi

Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 22 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasının təmin edilməsi;
  • Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatlarının (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılmasının, daşınmaz əmlakların icarəyə verilməsinin, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi; 
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatların hazırlanmasının və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsinin təmin edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunun və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
  • Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi; 
  • Elektron qaimələrin yazılmasının və bununla əlaqədar satış sənədlərinin, hesab fakturalarının, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanmasının təmin edilməsi; 
  • “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçi heyətinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi; 
  • Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanmasının və köçürülməsinin təmin edilməsi.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 1800-2200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • 3 il iş təcrübəsinin olması arzuolunandır;
  • Ali təhsil (Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə);
  • Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır;
  • 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily15
  • Weekly500
  • Monthly1932