A ARNE Group MMC

ARNE Group MMC

Əmlakın idarəedilməsi

İnteryer dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnteryer dizayner

  • Deadline 5 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Son tarix 07.03.2025

Vəzifə öhdəlikləri:

  • Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;
  • Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi;
  • Memarlıq ölçülərinin qəqiq hazırlanması;
  • Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;
  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;
  • Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;
  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;
  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;
  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual görünüşlərin hazırlanması.

İş şəraiti: 

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı 1500-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Ali təhsil (Memarlıq və İnşaat, İncəsənət Universitetlərini bitirənlərə üstünlük verilir);
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
  • Memarlıq, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;
  • Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
  • AutoCAD, SketchUp, 3D Max, Illustrator proqramlarından yüksək istifadə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq;           
  • Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnteryer dizayner” qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily102
  • Weekly324
  • Monthly352