A ARNE Group MMC
  • 866

Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis

  • Истекает 26 апрель 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi marketinq strategiyasına uyğun olaraq sosial media, rəqəmsal reklamlar, açıq hava və qapalı məkan reklamları, çap və media kampaniyalarının planlaşdırılması və icrasının təmin edilməsi;
  • Marketinq sahəsində əməkdaşlıq ediləcək kreativ agentliklərin seçilməsi, müqavilələrin bağlanması və onların fəaliyyətinə nəzarət edilməsi;
  • Marketinq kommunikasiyaları çərçivəsində reklam kampaniyalarının strategiyasının hazırlanması, icrası və effektivliyinin təhlili;
  • Brendin bazar mövqeyinin qorunması və inkişafı məqsədilə marketinq kommunikasiyalarının strateji və mütəmadi idarə olunması;
  • Sosial media platformalarında (Facebook, Instagram, TikTok, LinkedIn, YouTube və s.) brendin tanıtım strategiyasının hazırlanması və icrasına nəzarət;
  • Reklam, çap, tədbir təşkilatı, dizayn və digər marketinq xidmətləri göstərən tərəfdaş şirkətlərlə əməkdaşlığın qurulması və əlaqələrin idarə olunması;
  • Marketinq kommunikasiyaları üçün ayrılmış büdcənin səmərəli idarə edilməsi və investisiya qaytarılışının (ROI) maksimuma çatdırılması;
  • Bütün reklam və kommunikasiya fəaliyyətlərinin nəticələrinin təhlili, optimallaşdırılması və inkişaf strategiyalarının hazırlanması;
  • Şirkət daxilində və ictimaiyyətlə əlaqələrin effektiv idarə olunmasına dəstək göstərilməsi;
  • Rəqib fəaliyyətlərinin və bazar trendlərinin mütəmadi təhlili, innovativ marketinq yanaşmalarının tətbiqi üçün təkliflərin hazırlanması.

İş şəraiti: 

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: 2500-3000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).

Namizədə dair tələblər:

  • Marketinq, Biznesin İdarəedilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • FMCG sektorunda marketinq kommunikasiyaları üzrə minimum 3 il təcrübə;
  • Kreativ agentliklərin idarə edilməsi və reklam kanalları üzrə biliklər;
  • Rəqəmsal marketinq və sosial media idarəçiliyi üzrə təcrübə;
  • Marketinq kampaniyalarının idarə edilməsi və effektivliyinin ölçülməsi bacarığı;
  • Təchizatçı və tərəfdaş əlaqələrinin qurulması və idarə olunması təcrübəsi;
  • Büdcə planlaşdırma və idarəetmə bacarığı;
  • Yaradıcı və strateji düşüncə, güclü kommunikasiya və layihə idarəetmə bacarıqları;
  • Azərbaycan dili səlis, ingilis və rus dili biliyi arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly155
  • Monthly138