Vəzifə öhdəlikləri:
- Cəmiyyətin şöbələri/bölmələri yerləşən binalara və otaqlara təsərrüfat xidmətinin göstərilməsinin və onların yanğına qarşı mühafizə qaydalarına və normalarına uyğun olaraq lazımi vəziyyətdə saxlanılmasının, istismarının, həmçinin, avadanlıqların (liftlərin, işıqlandırmanın, isitmə, ventilyasiya və yanğın siqnalizasiyası sistemlərinin) saz vəziyyətdə olmasına nəzarətin təmin edilməsi;
- Cəmiyyətin bina və otaqlarının mebel, məişət avadanlıqları və digər vasitələri ilə təmin edilməsinin təşkili;
- Cəmiyyətin bina və otaqlarının təmir olunmasının təşkili, təmir işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
- Təsərrüfat məqsədləri üçün ayrılan materialların və vəsaitlərin səmərəli sərf olunmasına nəzarətin təmin edilməsi;
- Cəmiyyətin otaqlarının ehtiyatlarla təmin olunması, təmir və digər işlərin aparılması üçün istismar xidmətləri və kommunal təşkilatlarla əlaqələrin yaradılması;
- Cəmiyyətin ərazisinin və otaqlarının abadlaşdırılmasının, yaşıllaşdırılmasının və yığışdırılmasının, bayramlarda bina fasadlarının, dəhlizlərin və s. bədii tərtibatı üzrə işlərin təşkili və nəzarəti.
İş şəraiti:
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı 700-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- 3 il iş təcrübəsinin olması arzuolunandır;
- Ali təhsil (Mühəndis, Tikinti, quraşdırma və təmir-tikinti ixtisasları üzrə ali təhsil almışlara üstünlük verilir)
- Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır;
- Komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Təsərrüfat işləri üzrə menecer” qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur