A Around Business Group
  • 702

Around Business Group

Other

Regional Rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Regional Rəhbər

  • Deadline 26 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Bakı üzrə bütün layihələrin və bölmələrin fəaliyyətinin təşkili və koordinasiyası
  • Satış, marketinq və əməliyyat planlarının icrasının təmin edilməsi
  • 100-dən çox əməkdaşdan ibarət komandaya, şöbə müdirlərinə və müxtəlif bölmələrə rəhbərlik
  • Regional biznes strategiyalarının və layihələrinin hazırlanması və həyata keçirilməsi
  • Layihələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün proseslərin optimallaşdırılması
  • Maliyyə göstəricilərinin təhlili və büdcənin idarə olunması
  • Ticarət nöqtələrinin auditi və iş keyfiyyətinin nəzarəti
  • Əsas müştərilər və partnyorlarla yüksək səviyyədə əməkdaşlığın təmin edilməsi
  • Korporativ mədəniyyətin dəstəklənməsi və komandanın inkişaf etdirilməsi
  • Bazar vəziyyətinin izlənilməsi və planların dəyişən şəraitə uyğunlaşdırılması
  • KPI-ların qurulması, motivasiya və performansın izlənməsi
  • Layihələrin hesabatlarının hazırlanması, nəticələrin təhlili və rəhbərliyə təqdim olunması
  • Resursların və vaxtın effektiv idarə olunması, prioritetlərin düzgün müəyyənləşdirilməsi
  • Daxili və xarici müştəri məmnuniyyətinin təmin olunması və yeni tərəfdaşlıqların qurulması

Tələblər:

  • Menecment, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Pərakəndə satış, gündəlik istehlak malları (FMCG), BTL layihələri, xidmət və ya distribusiya sahələrində rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi
  • 100-dən çox əməkdaşdan ibarət böyük komandaların və bir neçə bölmənin idarə olunması təcrübəsi
  • Strateji və əməliyyat planlaşdırma bacarıqları
  • Büdcənin idarə olunması və auditlərin keçirilməsi üzrə təcrübə
  • Excel, Google Sheets və layihə idarəetmə sistemlərindən (Trello və s.) sərbəst istifadə
  • Azərbaycan və ya rus dilində sərbəst danışıq (mütləqdir), ingilis dili üstünlükdür
  • Məlumatlara əsaslanan qərarvermə və analitik düşünmə bacarığı
  • Müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə fokuslanmış yanaşma
  • Komanda daxilində motivasiya, inkişaf və etibar mühiti yaratmaq bacarığı
  • Eyni anda bir neçə layihəni idarə etmək və yüksək məsuliyyət daşımaq bacarığı
  • Proaktivlik, təşəbbüskarlıq, çeviklik və nəticəyə yönəlik iş stili

Biz nə təklif edirik:

  • Sabit və inkişafda olan bir şirkətdə çalışmaq imkanı
  • Regional layihələrə birbaşa rəhbərlik və təsir imkanları
  • Güclü və motivasiyalı komanda ilə işləmək fürsəti
  • Rəqabətə davamlı əmək haqqı — fərdi şəkildə müsahibə əsasında müəyyən edilir
  • 5 günlük iş rejimi, saat 09:00-dan 18:00-a qədər​​

Müraciət üçün “Regional Rəhbər” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz!

  • Daily21
  • Weekly444
  • Monthly2190