A AROUND GROUP
  • 919

AROUND GROUP

Professional Services

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 17 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizə təcrübəli baş mühasib axtarılır!

Tələblər:

  • ​Yaş: 25 – 45​
  • Minimum 3 il mühasibatlıq təcrübəsi
  • Sıfırdan mühasibatlıq sisteminin qurulması bacarığı
  • Rus dilində sərbəst ünsiyyət
  • Mühasibat uçotunun və vergi uçotunun qanunvericiliyə uyğun aparılması
  • Ali Təhsil (Maliyyə, iqtisadiyyat,mühasibatlıq sahəsi üzrə arzuolunandır)
  • MS Office proqramlarını və mühasibatlıq proqramlarını (Logo, Micro vb., 1C, və s.) sərbəst istifadə bacarığı;
  • AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər.
  • PMS sertifikatı olanlara üstünlük verilir.

Vəzifə öhdəlikləri: 

  • Gəlir və xərclərin uçotu, sənədləşmələrin düzgün aparılması
  • Mühasibatlıq sənədlərinin yoxlanması və arxivləşdirilməsi
  • A​ylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, DSMF, işsizlik sığortası və s.) hazırlanması və təqdim edilməsi;​
  • E-qaimə, e-vergi hesab fakturalar, hesabatların düzgün hazırlanması və vaxtında təqdim edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • ​Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Bank əməliyyatlarının aparılması,uçotu və nəzarəti;
  • Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər hesablamaların icrası və düzgünlüyünün təmin edilməsi;
  • Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması;
  • Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması;​

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • İş yeri: İçərişəhər metrosunun yaxınlığı
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq 
  • Xahiş olunur ancaq təcrübəli və rus dilini bilən namizədlər müraciət eləsin! 

Müraciət üçün Müraciət et düyməsində qeyd olunan elektron poçtuna CV-ni göndərməyiniz xahiş olunur ​

  • Daily28
  • Weekly619
  • Monthly737