Hazırda komandamızı genişləndirmək məqsədilə Horeca Satış Nümayəndəsi vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri
- HORECA məkanlarında (restoran, kafe, bar və tədbirlərdə) premium tütün qızdırıcı cihazının təqdimatı və satışını həyata keçirmək;
- Müştərilərə məhsulun xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat vermək;
- Yüksək xidmət standartlarına uyğun peşəkar müştəri təcrübəsi yaratmaq;
- Satış planlarının icrasında aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə nail olmaq;
- Brendi şirkətin standartlarına uyğun şəkildə təmsil etmək.
Namizədə tələblər
- Orta və ya natamam ali təhsil;
- Satış və ya promo sahəsində minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Komandada işləmək bacarığı;
- Xarici dil bilikləri üstünlük hesab olunur;
- Yaş: 21–35;
- Cins: Xanım namizədlər.
İş şəraiti və təkliflərimiz
- Əmək haqqı: 840 AZN NET + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: Həftədə 5 iş günü, 18:00 – 01:00;
- İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı;
- Şirkət tərəfindən nəqliyyat və iş forması ilə təminat;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik, innovativ və peşəkar iş mühitində çalışma imkanı.
Maraqlanan namizədlərdən CV-lərini "Satış nümayəndəsi" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya +994 10 253 59 56 WhatsApp nömrəsi vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur.