Around Group Around Group
  • 405

Satış müdürü (Retail/FMCG)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış müdürü (Retail/FMCG)

  • Истекает 16 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mövcud layihə üzrə satış göstəricilərinin artırılması və sahə komandasının effektiv idarə olunması məqsədilə təcrübəli, liderlik bacarıqlarına malik və nəticəyönümlü Satış müdürü axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunduğu layihənin başlanğıc mərhələsindən yekunlaşdırılmasına qədər planlaşdırma, icra, nəzarət və bağlanış proseslərinin tam idarə olunması
  • Layihənin məqsədlərinə, büdcəsinə və zaman qrafikinə uyğun icranın təmin edilməsi
  • Satış planının yerinə yetirilməsinə və aylıq hədəflərə nəzarət, satışların artırılması üzrə tədbirlərin hazırlanması və tətbiqi
  • Fərdi və komanda nəticələrinin yüksəldilməsi üçün davamlı öyrənmə, əməkdaşlıq və innovasiya mühitinin formalaşdırılması
  • Satış strategiyasının hazırlanması və effektiv icrasının təmin edilməsi
  • Supervayzer və promouter komandasının gündəlik fəaliyyətinə nəzarət və koordinasiya
  • Satış nəticələrinin təhlili, hesabatların hazırlanması və təqdim edilməsi (Excel, 1C və digər analitik alətlər vasitəsilə)
  • Satış nöqtələrində yerində auditlərin keçirilməsi, keyfiyyət və korporativ standartlara nəzarət
  • Layihə çərçivəsində risklərin müəyyən edilməsi, idarə olunması və dəyişikliklərin koordinasiyası
  • Müştərilər, rəhbərlik, komanda üzvləri və tərəfdaşlarla effektiv əməkdaşlıq və münasibətlərin idarə olunması

Tələblər:

  • Yaş həddi: 25–45
  • Layihə və ya satış komandalarının idarə olunması üzrə minimum 2–3 il iş təcrübəsi
  • 50+ nəfərlik sahə komandasının və minimum 5 supervayzerin idarə olunması təcrübəsi
  • Satış performansının artırılması üzrə praktik təcrübə
  • KPI-larla işləmə və güclü analitik düşünmə bacarığı
  • Excel,Power Point və 1C proqramı üzrə biliklər
  • Güclü liderlik, qərarvermə və komanda idarəetmə bacarığı
  • Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir​

Biz nə təklif edirik:

  • Peşəkar və dəstəkləyici iş mühiti
  • 5 günlük iş qrafiki (09:00–18:00)
  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi

Müraciət üçün: CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly124
  • Monthly1420