Mövcud layihə üzrə satış göstəricilərinin artırılması və sahə komandasının effektiv idarə olunması məqsədilə təcrübəli, liderlik bacarıqlarına malik və nəticəyönümlü Satış müdürü axtarırıq.
Vəzifə öhdəlikləri:
- Təhkim olunduğu layihənin başlanğıc mərhələsindən yekunlaşdırılmasına qədər planlaşdırma, icra, nəzarət və bağlanış proseslərinin tam idarə olunması
- Layihənin məqsədlərinə, büdcəsinə və zaman qrafikinə uyğun icranın təmin edilməsi
- Satış planının yerinə yetirilməsinə və aylıq hədəflərə nəzarət, satışların artırılması üzrə tədbirlərin hazırlanması və tətbiqi
- Fərdi və komanda nəticələrinin yüksəldilməsi üçün davamlı öyrənmə, əməkdaşlıq və innovasiya mühitinin formalaşdırılması
- Satış strategiyasının hazırlanması və effektiv icrasının təmin edilməsi
- Supervayzer və promouter komandasının gündəlik fəaliyyətinə nəzarət və koordinasiya
- Satış nəticələrinin təhlili, hesabatların hazırlanması və təqdim edilməsi (Excel, 1C və digər analitik alətlər vasitəsilə)
- Satış nöqtələrində yerində auditlərin keçirilməsi, keyfiyyət və korporativ standartlara nəzarət
- Layihə çərçivəsində risklərin müəyyən edilməsi, idarə olunması və dəyişikliklərin koordinasiyası
- Müştərilər, rəhbərlik, komanda üzvləri və tərəfdaşlarla effektiv əməkdaşlıq və münasibətlərin idarə olunması
Tələblər:
- Yaş həddi: 25–45
- Layihə və ya satış komandalarının idarə olunması üzrə minimum 2–3 il iş təcrübəsi
- 50+ nəfərlik sahə komandasının və minimum 5 supervayzerin idarə olunması təcrübəsi
- Satış performansının artırılması üzrə praktik təcrübə
- KPI-larla işləmə və güclü analitik düşünmə bacarığı
- Excel,Power Point və 1C proqramı üzrə biliklər
- Güclü liderlik, qərarvermə və komanda idarəetmə bacarığı
- Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir
Biz nə təklif edirik:
- Peşəkar və dəstəkləyici iş mühiti
- 5 günlük iş qrafiki (09:00–18:00)
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Müraciət üçün: CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.