Tender üzrə mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender üzrə mütəxəssis

  • Deadline 3 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender üzrə mütəxəssis üçün tələblər aşağıdakı kimidir:

  • Ali təhsilli;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • Satınalma və tender sahəsində 3-4 ildən artıq iş təcrübəsi (Təcrübə mütləqdir);
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • Kompüter biliklərinə sahib olmalı;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;

Vəzifə öhdəlikləri:

  • Xarici , Azərbaycan Respublikasının dövlət qurumları, publik hüquqi şəxsləri və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderlərdə iştirak üçün müəyyən edilmiş tələblərin, ixtisas uyğunluğu meyarlarının təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması; 
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan kommersiya məlumatlarının, layihə-smeta sənədlərinin və digər texniki sənədlərin Şirkətin müvafiq şöbələrindən tələb olunması, toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsi mərhələsində tender keçirən təşkilatlar tərəfindən ünvanlanmış sorğuların cavablandırılması;
  • Tender prosesinin müxtəlif mərhələlərində Şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər,partnyorlar və müştərilər ilə müntəzam yazışmaların aparılması və uzunmüddətli əlaqələrin aparılmasını təmin etmək
  • Şirkətin təqdim etdiyi xidmətlərlə bağlı yeni müştərilərin şirkətə cəlb olunması
  • Xidmətlərə uyğun hədəf müştəri qruplarının təyini və onlarla aktiv görüşlərin keçirilməsi
  • Tender department Direktorunun göstərişi əsasında vəzifə təlimatına uyğun olan digər tapşırıqların yerinə yetirilməsi.

İş haqqında məlumat:

  • İş saaatlar: 09:00-18:00 (5 günlük iş həftəsi)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər. Email-in mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019