Texniki nəzarət mühəndisi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki nəzarət mühəndisi

  • Deadline 3 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki nəzarət mühəndisi üçün tələblər aşağıdakı kimidir:

  • Ali texniki təhsil;
  • Fiberoptik kabel xətlərinin, yeraltı kommunikasiya qurğularının çəkilməsi işləri üzrə minimum 5 il təcrübə;
  • Tikintiyə texniki nəzarət işləri üzrə minimum 7 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası ərazisində qüvvədə olan tikinti norma və qaydaları haqqında geniş məlumatlılıq;
  • Microsoft office proqramları ilə işləmə bacarığı;
  • Layihə sənədləri ilə işləmə bacarığı;
  • Keyfiyyətə nəzarət, tikinti çertyojlarının düzgün təfsiri və vaxtında düzəliş tələb edən problemlərin müəyyən edilməsi və bildirilməsi bacarığı;
  • Sürücülük vəsiqəsinin olmağı mütləqdir.

İş haqqında məlumat:

  • Vakansiya üzrə iş kommunikasiya xəttinin çəkilməsi işlərinə texniki nəzarət işlərindən ibarətdir. İş sahəsi Azərbaycan Respublikasının qərb rayonlarını əhatə edir. İş sahəsində hərəkətin təmin edilməsi üçün avtomobil və yanacaq şirkət tərəfindən veriləcək. 
  • İş saaatlar: 09:00-18:00 (6 günlük iş həftəsi)

Vəzifə öhdəlikləri:

  • Podratçı tərəfindən həyata keçirilən tikinti quraşdırma işlərinin layihə tələblərinə uyğunluğuna nəzarət etmək;
  • Tikinti quraşdırma işlərinin gedişatı haqqında məlumatların gecikdirimədən ötürülməsi;
  • Tikinti quraşdırma işlərində aşkar edilmiş uyğunsuzluqların vaxtında bildirilməsi;
  • Tİkinti quraşdırma işlərinin gedişatı haqqında həftəlik hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən tələb edilən məlumatların düzgün və vaxtında ötürülüməsi;
  • Ay ərzində tikinti sahəsində həyata keçirilmiş tikinti quraşdırma işlərinin həcmlərinin hesablanması və hesabatın hazırlanması.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər. Email-in mövzu hissəsində “Texniki nəzarət mühəndisi” qeyd etməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019