İş yeri: Bakı
Tabeçilik: Korporativ Satış Meneceri
Vəzifə öhdəlikləri:
- Cari müştərilərlə mütəmadi görüşlər keçirmək, əlaqələri qorumaq və inkişaf etdirmək;
- Müştərilərə şirkətin məhsullarını, xidmətlərini və ticari şərtlərini təqdim etmək;
- Müştəri məmnuniyyətini təmin etmək, yaranan problemləri operativ həll etmək;
- Yeni potensial müştəriləri müəyyənləşdirib əlaqə qurmaq;
- Danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq, müqavilələrin bağlanmasına dəstək olmaq;
- Müştəri bazasının genişləndirilməsi üzrə planlı fəaliyyət göstərmək;
- Satış planlarını icra etmək və hədəflərə çatmaq;
- Satış sonrası dəstək və müştəri xidmətinin təmin olunmasında iştirak etmək;
- Rəqib şirkətlərin fəaliyyətini izləmək və rəhbərliyə hesabat vermək.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahələr üstünlükdür);
- Korporativ satış və ya B2B müştərilərlə iş təcrübəsi arzuolunandır;
- Yaxşı ünsiyyət və təqdimat bacarıqları;
- Aktiv, nəticəyönümlü, təşəbbüskar iş prinsipi;
- MS Office proqramları və CRM sistemləri ilə işləmə bacarığı;
- Komanda ilə işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı.
Şirkət təklif edir:
- Peşəkar və dinamik komandada işləmək imkanı;
- Rəqabətədavamlı əməkhaqqı və bonus sistemi;
- Karyera inkişafı üçün perspektivlər;
- Müasir idarəetmə standartları ilə işləmək mühiti.
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Korporativ Satış Mütəxəssisi” başlığı ilə göndərin.