Şirkətimizin yaradıcı komandasına rəng qatacaq, statik dizaynları hərəkətə gətirməyi sevən, kreativ düşüncəli Qrafik və Motion Dizayner axtarırıq!
Əsas Öhdəliklər
- Sosyal media üçün kreativ postların və bannerlərin hazırlanması.
- Brendinq elementlərinə uyğun olaraq 2D animasiyaların (motion graphics) yaradılması.
- Video çarxlar üçün "lower thirds", loqo animasiyası və keçid effektlərinin yığılması.
- Reklam kampaniyaları üçün həm statik, həm də dinamik vizual konseptlərin hazırlanması.
Texniki Tələblər
Namizədin aşağıdakı proqram paketləri ilə sərbəst işləməsi mütləqdir:
- Adobe After Effects (Motion dizayn üçün əsas alət).
- Adobe Premiere Pro (Montaj və kəsim işləri).
- Adobe Photoshop & Illustrator (Vektor və rastr qrafikası).
- Plus göstərici: Cinema 4D və ya Blender (3D elementlər üçün).
Yumşaq Bacarıqlar (Soft Skills)
- Kreativ yanaşma və estetik vizual zövq.
- Verilən tapşırıqları vaxtında (deadline) təhvil vermək bacarığı.
- Trendləri izləmək və onları layihələrə tətbiq etmək həvəsi.
- Komanda ilə sıx işləmə qabiliyyəti.
Biz Nə Təklif Edirik?
- Müasir və dinamik iş mühiti.
- Peşəkar inkişaf imkanları.
- Əməkhaqqı 1000 Azn + (Bacarıqlara görə maaş daha yüksək ola bilər)
Müraciət üçün: Zəhmət olmasa, CV və Portfolionuzu (Portfolio mütləqdir!) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərin. Mövzu hissəsində "Motion Dizayner" qeyd etməyi unutmayın.