Vəzifə öhdəlikləri:
- Şouruma gələn qonaqların qarşılanması və yüksək səviyyəli, komfortlu mühitin yaradılması
- Müştərilərə məhsullar üzrə peşəkar məsləhət verilməsi və seçimdə dəstək
- Müştərinin şourumdakı ziyarəti boyunca tam müşayiət olunması
- Daxil olan zənglərin və müraciətlərin cavablandırılması (telefon, messencerlər)
- Yüksək səviyyəli müştəri xidmətinin təmin edilməsi
- Qonaqpərvərliyin təşkili (çay, qəhvə və diqqətli yanaşma)
- Şourumun səliqəli, təmiz və təqdimata uyğun vəziyyətdə saxlanılması
- Görüşlər və təqdimatlar üçün məkanın hazırlanmasına dəstək
- Şourumda estetik görünüşün və ümumi vizual atmosferin qorunması
Tələblər:
- Səliqəli və baxımlı xarici görünüş
- Ünsiyyət bacarığı yüksək, nəzakətli və pozitiv yanaşma
- Azərbaycan və rus dili sərbəst (ingilis dili üstünlükdür)
- Müştəri ilə işləmək bacarığı və xidmət yönümlülük
- Məsuliyyətli, dəqiq və diqqətli olmaq
- Komandada işləmək bacarığı
Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün), Bazar günü istirahət
- Saat 10:00-19:00
- Əmək haqqı: 700 Azn + bonus
- Rahat və estetik iş mühiti
- Peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.