İş şəraiti
- İş yeri: Zahid Xəlilov küçəsi 576, “Renessans Palace” Yaşayış Kompleksi
- İş rejimi: 5/2
- Ə/h razılaşma ilə olacaqdır.
Vəzifə haqqında:
AS Group Holding komandamıza qoşulmaq üçün təcrübəli və analitik düşüncə tərzinə malik Data Analitik axtarır. Bu vəzifənin əsas funksiyası – məlumatı müxtəlif mənbələrdən əldə etmək, emal etmək, təmizləmək və təhlilə hazır vəziyyətə gətirmək, eləcə də Power BI-da analitik məlumat lövhələri və hesabatlar hazırlamaqdır.
Vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən məlumatı əldə etmək, təmizləmək, emal etmək və analizə hazırlamaq
- Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq
- Vizual təqdimatlar və analitik nəticələrin hazırlanması
- Məlumat lövhələrinin keyfiyyətini və yenilənmələrin vaxtında aparılmasını təmin etmək
- Verilənlər bazası ilə işləyərək analiz və hesabat üçün məlumat toplamaq
- Məlumat çıxarma və transformasiya alqoritmlərini hazırlamaq və optimallaşdırmaq
- Verilənlər bazası sorğularının performansını təhlil etmək və yaxşılaşdırmaq
- Məlumat modellərini dizayn etmək və analitik metriklərin hesablanması qaydalarını müəyyənləşdirmək
Namizədə tələblər:
- Ali təhsil (İT, riyaziyyat, statistika, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Müxtəlif mənbələrdən məlumatı əldə etmək, emal etmək və təmizləmək üzrə təcrübə
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
- SQL üzrə praktiki bacarıqlar
- Microsoft Power BI ilə iş təcrübəsi
- ETL paketlərinin hazırlanması və idarə olunması üzrə təcrübə
- Güclü analitik düşüncə və məlumatlarla işləmə bacarığı
- Müxtəlif alətlərdə vizuallaşdırma bacarıqları
- Məlumat anbarı memarlığını və OLAP texnologiyalarını başa düşmək
- Məlumat analizi prinsipləri, metodları və alətləri haqqında bilik
İş şərtləri və faydalar:
- 5/2 iş rejimi
- Müasir ofis şəraiti
- Peşəkar inkişaf imkanları və dinamik komanda
- Parkinq xidməti
Müraciət üçün: CV-nizi mövzu hissəsində "Data Analyst" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.