AS Group AS Group
  • 899

AS Group

Biznes

Data Analitik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Data Analitik

  • Deadline 13 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti 

  • İş yeri: Zahid Xəlilov küçəsi 576, “Renessans Palace” Yaşayış Kompleksi
  • İş rejimi: 5/2
  • Ə/h razılaşma ilə olacaqdır.

Vəzifə haqqında:
AS Group Holding komandamıza qoşulmaq üçün təcrübəli və analitik düşüncə tərzinə malik Data Analitik axtarır. Bu vəzifənin əsas funksiyası – məlumatı müxtəlif mənbələrdən əldə etmək, emal etmək, təmizləmək və təhlilə hazır vəziyyətə gətirmək, eləcə də Power BI-da analitik məlumat lövhələri və hesabatlar hazırlamaqdır.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif mənbələrdən məlumatı əldə etmək, təmizləmək, emal etmək və analizə hazırlamaq
  • Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq
  • Vizual təqdimatlar və analitik nəticələrin hazırlanması
  • Məlumat lövhələrinin keyfiyyətini və yenilənmələrin vaxtında aparılmasını təmin etmək
  • Verilənlər bazası ilə işləyərək analiz və hesabat üçün məlumat toplamaq
  • Məlumat çıxarma və transformasiya alqoritmlərini hazırlamaq və optimallaşdırmaq
  • Verilənlər bazası sorğularının performansını təhlil etmək və yaxşılaşdırmaq
  • Məlumat modellərini dizayn etmək və analitik metriklərin hesablanması qaydalarını müəyyənləşdirmək

Namizədə tələblər:

  • Ali təhsil (İT, riyaziyyat, statistika, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
  • Müxtəlif mənbələrdən məlumatı əldə etmək, emal etmək və təmizləmək üzrə təcrübə
  • İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
  • SQL üzrə praktiki bacarıqlar
  • Microsoft Power BI ilə iş təcrübəsi
  • ETL paketlərinin hazırlanması və idarə olunması üzrə təcrübə
  • Güclü analitik düşüncə və məlumatlarla işləmə bacarığı
  • Müxtəlif alətlərdə vizuallaşdırma bacarıqları
  • Məlumat anbarı memarlığını və OLAP texnologiyalarını başa düşmək
  • Məlumat analizi prinsipləri, metodları və alətləri haqqında bilik

İş şərtləri və faydalar:

  • 5/2 iş rejimi
  • Müasir ofis şəraiti 
  • Peşəkar inkişaf imkanları və dinamik komanda
  • Parkinq xidməti

Müraciət üçün: CV-nizi mövzu hissəsində "Data Analyst" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily46
  • Weekly445
  • Monthly1169