İşin təsviri:
- Veb-platformanın server tərəfinin və əsas funksionallığının hazırlanması;
- İstifadəçilər üçün veb interfeyslərin, əməkdaş portallarının və inzibati panellərin hazırlanması;
- Məlumat bazasının hazırlanması və inkişaf etdirilməsi;
- 1C, korporativ portal və digər sistemlərlə inteqrasiyaların qurulması;
- Biznes proseslərinin 1C-dən veb-platformaya köçürülməsində iştirak edilməsi;
- Proqram təminatının keyfiyyətinin yoxlanılması, test edilməsi;
- Məhsul komandasında iş: tapşırıqların analitiklərlə birgə dekompozisiyası və qiymətləndirilməsi, demo, qəbul prosesində iştirak.
- 1C və veb-mühit arasında məsuliyyət zonalarının bölüşdürülməsi üzrə qərarların qəbulunda analitiklər və 1C komandası ilə birgə iş;
Tələb olunanlar:
- Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Təcrübə: 3 ildən az olmayaraq proqramlaşdırma təcrübəsi;
- PostgreSQL üzrə sxem layihələndirmə səviyyəsində bilik
- REST API-ların layihələndirilməsi və sənədləşdirilməsi (OpenAPI / Swagger);
- Test yazmaq vərdişi - sadəcə kod deyil;
- Rus dilində sərbəst ünsiyyət; İngilis dili - texniki sənədləri oxuma səviyyəsində.
Şəxsi keyfiyyətlər:
- Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı;
- Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı;
- Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət;
- Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi;
- Komanda ilə effektiv əməkdaşlıq.
İş şərtləri:
- İş qrafiki: 09:00–18:00
- Məşğulluq növü: tam ştat / 5 iş günü
- İş yeri: Zahid Xəlilov küç.576
Biz təklif edirik:
- Rəqabətli əmək haqqı;
- Stabil və peşəkar iş mühiti;
- AS Group-un rəqəmsallaşma komandasında çalışma imkanı;
- Güclü development komandası;
- Karyera və peşəkar inkişaf imkanları.
İş şərtləri
- İş qrafiki: 09:00–18:00
- Məşğulluq növü: tam ştat / 5 iş günü
Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.