AS Group AS Group
  • 177

Proqramçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Proqramçı

  • Deadline 25 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Veb-platformanın server tərəfinin və əsas funksionallığının hazırlanması;
  • İstifadəçilər üçün veb interfeyslərin, əməkdaş portallarının və inzibati panellərin hazırlanması;
  • Məlumat bazasının hazırlanması və inkişaf etdirilməsi;
  • 1C, korporativ portal və digər sistemlərlə inteqrasiyaların qurulması;
  • Biznes proseslərinin 1C-dən veb-platformaya köçürülməsində iştirak edilməsi;
  • Proqram təminatının keyfiyyətinin yoxlanılması, test edilməsi;
  • Məhsul komandasında iş: tapşırıqların analitiklərlə birgə dekompozisiyası və qiymətləndirilməsi, demo, qəbul prosesində iştirak.
  • 1C və veb-mühit arasında məsuliyyət zonalarının bölüşdürülməsi üzrə qərarların qəbulunda analitiklər və 1C komandası ilə birgə iş;

Tələb olunanlar:

  • Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Təcrübə: 3 ildən az olmayaraq proqramlaşdırma təcrübəsi;
  • PostgreSQL üzrə sxem layihələndirmə səviyyəsində bilik
  • REST API-ların layihələndirilməsi və sənədləşdirilməsi (OpenAPI / Swagger);
  • Test yazmaq vərdişi - sadəcə kod deyil;
  • Rus dilində sərbəst ünsiyyət; İngilis dili - texniki sənədləri oxuma səviyyəsində.

Şəxsi keyfiyyətlər:

  • Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı;
  • Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı;
  • Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət;
  • Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi;
  • Komanda ilə effektiv əməkdaşlıq.

İş şərtləri:

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü
  • İş yeri: Zahid Xəlilov küç.576

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı;
  • Stabil və peşəkar iş mühiti;
  • AS Group-un rəqəmsallaşma komandasında çalışma imkanı;
  • Güclü development komandası;
  • Karyera və peşəkar inkişaf imkanları.

İş şərtləri

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü

Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily56
  • Weekly340
  • Monthly2099